RFQ İDARƏETMƏ PLATFORMASI

Bir sorğu göndərin.
Bütün təklifləri bir yerdə toplayın.
Ən sərfəlisini seçin.

Arachi yük sorğularınızı seçdiyiniz daşıyıcılara eyni anda çatdırır, gələn təklifləri tək paneldə toplayır və hansı sorğunun oxunduğunu, hansının cavablanmadığını real vaxtda göstərir.

Vaxta qənaətDaşıyıcılara ayrı-ayrılıqda yazmağa son.
Tək panelBütün təkliflər avtomatik bir yerə düşür.
Real vaxtda izləməKim baxdı, kim cavab verdi — göründü.

Necə işləyir

Sorğudan qalibə qədər dörd addım

Prosesin hər addımı avtomatlaşdırılıb — sizə yalnız qərar vermək qalır.

01
Sorğu yaradınYük məlumatlarını bir dəfə daxil edin.
02
Daşıyıcılara göndərinSeçdiyiniz daşıyıcılara eyni anda çatdırılır.
03
Təklifləri toplayınGələn təkliflər avtomatik panelə düşür.
04
Müqayisə edib seçinƏn uyğun təklifi tək kliklə qalib elan edin.

Sorğu yaradın

Yükün çəkisini, ölçülərini, marşrutunu və tələb olunan tarixləri sistemə bir dəfə daxil edin. Bütün detallar saxlanılır və növbəti sorğularda təkrar istifadə edilə bilər.

Nə əldə edirsiniz

Sorğu prosesini idarə etmək üçün lazım olan hər şey

Excel ilə asan idxal

Daşıyıcı bazanızı Excel və ya mətn siyahısından saniyələr içində yükləyin, əl ilə daxil etməyə vaxt itirməyin.

Avtomatik göndərmə və izləmə

Hər daşıyıcıya unikal təklif linki göndərilir; açılıb-açılmadığı və cavablanıb-cavablanmadığı real vaxtda görünür.

Optimal qalib seçimi

Gələn təklifləri qiymət, müddət və şərtlərinə görə müqayisə edin, ən sərfəli daşıyıcını tək kliklə qalib elan edin.

İmkanlar

Arachi ilə nələr edə bilərsiniz

Sorğunun hazırlanmasından müştəriyə təklif göndərməyə qədər bütün addımlar bir paneldədir.

01

Məlumatı Aİ ilə hazırlayın

PDF, şəkil, Excel və ya yazılmış mətndən yük məlumatlarını formaya köçürün. Göndərməzdən əvvəl yoxlayıb tamamlayın.

02

Daşıyıcılarınızı qruplaşdırın

Daşıyıcıları Excel-dən gətirin və ya əllə əlavə edin. Kateqoriya və alt kateqoriyalara bölüb sorğunu yalnız uyğun qrupa göndərin.

03

E-poçt, link və ya hər ikisi

Sorğunu daşıyıcılara e-poçtla göndərin, ya da linki WhatsApp, Telegram kimi istədiyiniz yerdə paylaşın. İstəsəniz ikisini birlikdə edin.

04

Cavab verməyənləri xatırladın

Hansı daşıyıcıya çatdırıldı, kim baxdı, kim təklif göndərdi? Cavab verməyənlərə bir kliklə xatırlatma göndərin.

05

Təklif tarixçəsinə qayıdın

Daşıyıcı təklifini yenilədikdə əvvəlki versiyalar silinmir. Qiymətin necə dəyişdiyini bir baxışda görün.

06

Rəsmi təklif və hesabat

Seçdiyiniz təklifə xidmət haqqı əlavə edib müştəriyə PDF təklif hazırlayın. Sorğu və təklifləri Excel və ya PDF hesabat kimi endirin.

Sual-cavab

Tez-tez verilən suallar

Daşıyıcı necə cavab verir?

Hər daşıyıcıya sorğuya özəl təklif linki göndərilir. Daşıyıcı linki açıb yükün məlumatlarını görür, qiymətini, tranzit müddətini, qeydlərini və lazım olarsa sənədini daxil edib təklifi göndərir. Qeydiyyat və ya şifrə tələb olunmur, səhifə telefondan da rahat açılır və Azərbaycan/ingilis dilində işləyir. Daşıyıcı sonradan təklifini yeniləyə və ya alternativ təklif göndərə bilər, bütün versiyalar sizdə saxlanılır.

Aİ sorğunu mənim əvəzimə göndərir?

Xeyr. Aİ yalnız yükün məlumatlarını (PDF, şəkil, Excel və ya yazılmış mətn) oxuyub sorğu formasını sizin üçün doldurur. Doldurulan sahələri siz yoxlayıb düzəldə bilərsiniz, sorğunu göndərmək qərarı və düyməsi isə həmişə sizdədir. Aİ heç bir sorğunu özbaşına göndərmir.

Arachi mənə daşıyıcı tapır?

Xeyr. Arachi daşıyıcı axtarış platforması deyil, sizin öz daşıyıcılarınızla işləməyi sürətləndirən alətdir. Daşıyıcı bazanızı Excel-dən yükləyir və ya əllə əlavə edib kateqoriyalara bölürsünüz; Arachi sorğunu onlara çatdırır, təklifləri toplayır və müqayisə etməyə kömək edir.

Sorğu göndərməyə hazırsınız?

Qeydiyyat üçün bizə yazın, ilk sorğunuzu bu gün daşıyıcılara göndərin.